
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş yerli komandanın qələbəsi ilə başa çatıb - 3:0. Famil Ağayevin baş məşqçi olduğu kollektiv ilk setdə 23:25, ikincisində 18:25, üçüncüdə isə 22:25 hesabı ilə uduzub.
Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanı yenib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Hoillandiya qarşılaşması oynanılacaq.
-------------------------
Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vasif Talıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.
Azərbaycan millisi ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Bu gün Almaniya - Türkiyə və Polşa - Bolqarıstan qarşılaşmaları da olacaq.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
Komanda üzvləri məsul yarışa hazırlıq məqsədilə Türkiyə və Polşada təlim-məşq toplanışları keçərək yoxlama oyunlarında qüvvələrini sınayıblar. Nəticədə millinin yekun heyəti müəyyənləşib:
Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov
Avropa Təsnifat Turniri
7 yanvar
22:30. Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu.