
2022-ci ildə keçiriləcək basketbol üzrə Avropa çempionatının püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, Türkiyə yığması İspaniya, Rusiya, Gürcüstan, Belçika və Bolqarıstanla birlikdə A qrupunda yer alıb.
A qrupu: Türkiyə, İspaniya, Rusiya, Belçika, Gürcüstan, Bolqarıstan
B qrupu: Almaniya, Fransa, Sloveniya, Litva, Macarıstan, Bosniya və Herseqovina
C qrupu: İtaliya, Yunanıstan, Xorvatiya, Ukrayna, Estoniya, Böyük Britaniya
D Grubu: Çexiya, Serbiya, Finlandiya, Polşa, İsrail, Niderland.
Qeyd edək ki, Avropa çempionatının oyunları 2022-ci il 1 - 18 sentyabrda Gürcüstan, Almaniya, İtaliya və Çexiyada olacaq. A qrupunun qarşılaşmaları Gürcüstanın paytaxtı Tbilisidə gerçəkləşəcək.