
"Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms ABŞ millisindəki karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, bu barədə Los-Anceles təmsilçisinin baş meneceri Cerri Kolancelo ESPN-ə açıqlamasında məlumat verib.
O bildirib ki, Ceyms Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmamaq qərarına gəlib: "Zaman öz təsirini göstərir. İnsan bədəni hansı idman növündən asılı olaraq müəyyən bir müddət yükə davam gətirir, sonra vəziyyət pisləşir. Lebron olimpiadada iştirak etməmək qərarına gəlib, çünki həyatında baş verən bir çox başqa vacib şey var. Düşünürəm ki, onun millidəki dövrü artıq bitdi".
Qeyd edək ki, Lebron Ceyms 2008 və 2012-ci illlərdə olimpiadanın qalibi olub.