"İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsində uğurlu iştirak üçün iyundan təlim-məşq toplanışına başlamışıq. Bu yarışlara hazırlıq üçün iki aylıq planımız var".
Sportnet.az-ın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Eldar Yusubov qarşıdakı yarışlara hazırlıq barədə federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.
Mütəxəssis 17 gündür Bakıda məşq etdiklərini xatırladıb: "Bəzi oyunçularımız bu ayın sonunda bizə qoşulacaqlar. Plana uyğun olaraq, iyunun 25-dən iyulun 5-dək Mingəçevirdə təlim-məşq toplanışı keçəcəyik. Bu hazırlıqdan sonra yoxlama oyunlarında gücümüzü də yoxlamaq istəyirik".
O bildirib ki, hədəf hər iki yarışda uğurlu çıxış etməkdir: "İstəyirik ki, İslamiadadan vətənə medalla qayıdaq. Ardınca isə AVRO-2023-ə vəsiqə əldə etməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bunları bacaracağıq.