
Qadınlardan ibarət Mali millisinin basketbolçuları Avstraliyada keçirilən dünya çempionatında Serbiyaya uduzduqları oyundan sonra bir-biri ilə dava edib.
Sportnet.az-ın məlumatına görə, yığma üzvlərindən Salimatu Kuruma və Kamite Elizabet Dabu dalaşıb.
Onları digər basketbolçular və milli yığma komandanın məşqçilər korpusunun üzvləri sakitləşdirib.
Qeyd edək ki, qarşılaşma Serbiyanın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Afrika komandası mundialda ardıcıl 4-cü görüşündə uduzub və pley-offa çıxmaq şanslarını itirib.