Azərbaycan Basketbol Liqasında VI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində keçirilən açılış matçında "Sabah BK" və "Sərhədçi PİK" basketbolçuları qarşılaşıblar.
Rəqibini 91:84 hesabı ilə məğlub edən "Sabah BK" ardıcıl 3-cü qələbəsini qazanıb.
Ən məhsuldar basketbolçular qalib kollektivdən Kristiyan Roler (18 xal, 10 ribaund ), məğlub tərəfdən isə Maksvel Starvud (23 xal, 6 ribaund ) olub.
Qeyd edək ki, turun növbəti oyunları ( "NTD BK" - "Gəncə BK", "Zirvə Astara BK" - "Neftçi İK", "AAAF Xırdalan BK"- "Olimpik Şəki BK) 19 və 20 noyabrda keçiriləcək.