
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.
Sportnet.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, D qrupunun qarşılaşmalarında meydana çıxacaq.
Estoniyanın ev sahibliyi edəcəyi bu qrupda mübarizə avqustun 16-da başlayacaq. Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları D qrupda yer alıblar.