
27 oktyabr “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının ilk turu çərçivəsində növbəti oyun baş tutub.
Sportnet.az xəbər verir ki, paytaxt klubu “Neftçi”, çempionatın debütantı “Xəzri” klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan “Xəzri” yekunda 80-73 hesablı qələbəyə sevinib.