
Bu gün “Sabah” FİBA Avropa kubokunun D qrupunda son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiya “Nimburk”unu qəbul edib.
Səfərdə keçirilən oyunda rəqibinə 61:95 hesabı ilə uduzan paytaxt təmsilçisi dogma divarlar arasında istədiyi nəticəni göstərə bilməyib. Françes Tabellinin yetirmələri qalib gələrək qrupu lider kimi bitirib.