Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov yanvarın 10-14-də 20 yaşadək oğlanlar arasında şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatının oyunlarında ədaləti qoruyacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan voleybol federasiyası məlumat yayıb.
Polşanın Qojuv-Velkopolski şəhərində davam edən turnir Avro-2024-ə seçmə xarakteri daşıyır.