
"NTD-İndiqo"nun kapitanı Elşad Şirzadov Azərbaycan Kubokunda "Sabah"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında bu matçın qrup liderini müəyyənləşdirəcəyini bildirib.
Onun sözlərinə görə, qarşılaşma Bakı təmsilçisi üçün daha vacibdir: "Sabah" qələbə qazana bilməsə, yarımfinala çıxmayacaq. Biz qrupdan çıxmağı artıq təmin etmişik. Amma qarşılaşmaya "Şəki" və ya "Sərhədçi"yə qarşı oyunlarla eyni motivasiya ilə çıxacağıq. Çempionatda iki dəfə "Sabah"a uduzmuşuq. Bu oyuna yalnız qələbə qazanmaq məqsədi ilə çıxacağıq. Oyuna ciddi hazırlaşırıq".
O, favorit göstərilmələrinin səbəbini də açıqlayıb: "Kubokda limit fərqlidir. Yaxşı yerli oyunçularımız var. Buna görə də bizi favorit hesab edirlər. Amma "Sabah"ın da heyətində güclü yerli oyunçular var. Qardaşım Şirzad, Endar Polanxanlı. Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir".