
“Şəki” komandası iki basketbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dan olan oyunçular – Simeus Vebster və Vanya Kinqlə vidalaşacaq.
Müqavilələri başa çatan hər iki basketbolçu aprelin 28-də “NTD-İndiqo” ilə keçiriləcək görüşdən sonra komandanı tərk edəcək.
Qeyd edək ki, müntəzəm mövsümdə keçirdiyi 17 matçda cəmi 1 qələbə qazanan “Şəki” hazırda 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.