Azərbaycanlı idmançılar "Xocalıya Ədalət" kampaniyasına qoşulub. Sportnet.az-ın məlumatına görə, heyətində Azərbaycan yığmasının 8 velosipedçisinin yer aldığı "Synergy Baku Cycling Project" komandasının üzvləri kampaniyada iştirak edib.
Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanıb!