1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın daha bir klubu Sloveniyaya gedir
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku” "Tour of Slovenia” yürüşünə qatılacaq. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının iyunun 19-da start götürəcək 2.1 kateqoriyalı yarışında 8 velosipedçimiz çıxış edəcək.
Məşqçilər korpusu Sloveniya turunda Azərbaycanın U-23 milli komandasının üzvləri Tural İsgəndərov və Samir Cəbrayılova, eləcə də Maksim Averin, Metyu Bremmier, Markus Eybeger, Konnor MakKonvey, Yan Sokol və Aleksandr Surutkoviçə iştirak imkanı yaradıb. 4 mərhələdən ibarət yarışda iştirakçılar ümumilikdə 514 km məsafə qət edəcəklər.
Diqqət çəkən məqam "Tour of Slovenia”da 4 Pro-Tur komandasının da iştirak etməsidir. Bunlar "Cannondale”, "Orica-GreenEdge”, "Katusha” və "Lampre-Merida” kollektivləridir. Adları çəkilən klubların üzvləri planetin ən nüfuzlu velosiped yarışı sayılan ”Tour de France”da da iştirak edəcəklər.
Sevinc XANQIZI