1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamız 286 km-lik yürüşdə
Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 5 üzvü Almaniyanın Karlsberq şəhərində start götürən turnirdə mübarizəyə başlayır. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "Trofeo Karlsberg" adlanan yürüşdə idmançılarımız ümumilikdə 286 km məsafə qət edəcəklər.
Yeniyetmə və gənclərdən ibarət yığmaların məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında Almaniyada Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Nicat Qarayev, Elmar İlyasov və Tərlan Məmmədov yarışacaq.
Proqrama əsasən, ilk mərhələdə iştirakçılar 98.6 km məsafə qət edəcəklər. İyunun 21-də yarış proqramı 2 hissədən ibarət olacaq. Səhər saatlarında 79 km məsafədə qüvvəsini sınayacaq velosipedçilər, günün ikinci yarısında daha 8,8 km məsafədə mübarizə aparacaqlar. İyunun 22-də keçiriləcək sonuncu mərhələnin uzunluğu isə 100 km-dir.
Qeyd edək ki, gənc velosipedçilərimiz aprelin sonlarında Xorvatiyada "Millətlər Kuboku" turnirinin 1-ci mərhələsi olan "Tour of İstria” da da mübarizə aparıblar. Bu turnirdə idmançılarımızdan ən yüksək nəticəyə Elgün Əlizadə imza atıb. O, yarış qalibindən 36 saniyə geri qalaraq, 28-ci olub.