Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bir günə 3 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı gimnastika atı və dayaqlı tullanmanın ardından paralel qollarda fərqlənib.
Bu dəfə Stepko qızıl medala sahib olub. Onun çıxışı 15,733 xalla qiymətləndirilib. Rusiyalı David Belyavski 15,700 balla gümüş, rumıniyalı Marius Berbekar 15,600 balla bürünc medal əldə edib.
Qeyd edək ki, Oleq Stepko gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb. Bu, Stepkonun "Bakı 2015"də 5-ci, Azərbaycanın isə 33-cü medalıdır.
XXX
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko 4-cü medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, kişilər arasında dayaqla tullanmada bürünc medala sahib olub.
21 yaşlı idmançı hakimlərdən 14, 966 bal alıb. Qızıl medalı 15, 266 xalla Ukrayna idmançısı Oleq Verniaiyev, gümüş medalı isə 15, 116 xalla Hollandıiya gimnastı Kasimir Şmidt qazanıb.
XXX
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko daha bir medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı bu uğura gimnastika atı ilə gümüş medala sahib olub.
O, final mərhələsindəki 5 rəqibi ilə mübarizədə hakimlərdən 14,600 bal alıb. O.Stepko qızıl medala yiyələnən sloveniyalı Saso Bertonseldən 0,366 xal geri qalıb. Bürünc medalı isə böyük britaniyalı Brinn Bevan qazanıb. B.Bevan 14,200 xal toplayıb.
XXX
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Oleq Stepko bu gün idman gimnastikası üzrə daha 4 medal uğrunda mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı əvvəlcə gimnastika atında məharətini göstərəcək.
Saat 16:30-da başlanacaq final mərhələsində onun rəqibləri Slavomir Miçnak (Slovakiya), Oleq Vernyayev (Ukrayna), David Belyavski (Rusiya), Brinn Bevan (Böyük Britaniya) və Saso Bartonsel (Sloveniya) olacaq.
Saat 17:24-də O.Stepko halqalarla hərəkət üzrə final mərhələsində çıxış edəcək. Rəqiblər Nikita İqnatyev (Rusiya), İqor Radivilov (Ukrayna), İbrahim Colak (Türkiyə), Gilom Auqulyaro (Fransa) və Elefterios Petrunias (Yunanıstan) olacaq.
Saat 17:51-də başlanacaq dayaqla tullanma yarışının final mərhələsində rəqiblər Kazimir Şmidt (Hollandiya), Ferhat Arıcan (Türkiyə), Kristian Bataqa (Rumıniya), Tomi Tuuha (Finlandiya) və Oleq Vernyayev (Ukrayna) olacaq.
Saat 18:52-də paralel qollarda final mərhələsi başlanacaq. O.Stepko bu dəfə Aksel Oqis (Fransa), Ferhat Arıcan (Türkiyə), Oleq Vernyayev (Ukrayna), Mariuş Berbekar (Rumıniya) və David Belyavski (Rusiya) ilə yarışacaq.
Qeyd edək ki, Oleq Stepko "Bakı 2015"də fərdi çoxnövçülükdə gümüş, komanda yarışında isə bürünc medal qazanıb.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.