1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İsrailli futbolçular döyülməkdən qorxub qaçdılar
Bolqarıstanın MOİK və İsrailin "Aşdod" komandaları arasındakı yoldaşlıq görüşü yarımçıq qalıb. Sportnet.az-ın məlumatına görə, buna bolqarıstanlı fanatların meydana girərək yəhudi futbolçuların üzərinə hücum etmələri səbəb olub.
İnsident 90-cı dəqiqədə baş verib. İsrailli oyunçunun sərt sürüşmə fəndindən sonra MOİK-in oyunçusu yerdə qalıb. Bununla da iki komanda futbolçuları arasında toqquşma olub, meydana onlarla petarda atılıb. Sonda bir qrup insan "Aşdod"un oyunçularını qovmağa başlayıb. İsrailli futbolçular stadiondan qaçmaq istəyiblər. Lakin qapılar bağlı olduğundan, tribunaaltı məkanda gizlənməli olublar. Onlar stadiona xüsusi təyinatlıların gəlişindən sonra stadionu tərk edə biliblər.
Qeyd edək ki, hadisə baş verən vaxt "Aşdod" 1:0 hesabı ilə öndə olub.