
Premyer Liqanın 2015/2016 mövsümünə hazırlaşan "Sumqayıt" son yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Aqil Məmmədovun komandası AZAL-la səfərdə üz-üzə gəlib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində Vurğun Hüseynov, Pərdis Fərcad-Azad və Ağabala Ramazanov fərqlənib.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"la üz-üzə gələcək.









































































