 

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə qrup mərhələsində VIII turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, millimiz Malta yığnasının qonağı olub. 
	
Ta Qalidəki Milli Stadionda keçiriləcək qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib. Bununla da millimiz baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında 4-cü matçından da məğlubiyyətsiz ayrılıb. Amma komandamız rəsmi oyunlarda ilk dəfə qapısının toxunulmazlığını qoruya bilməyib. 
	
	
8 turdan sonra millimiz 6 xalla H qrupunda yenə 5-ci pillədə qərarlaşıb. 2 xala malik Malta isə sonuncudur. 
	
AVRO-2016
Seçmə mərhələ, H qrupu
		
21:000ş Malta – Azərbaycan - 2:2
		Qollar: Mixael Mifsud, 55. Alfred Effionq, 71 - Rahid Əmirquliyev, 36; 80
Baş hakim: Harald Lexner
Baş hakimin köməkçiləri: Maximilian Kolbiç, Andreas Staudinger
Dördüncü hakim: Andreas Haydenreyx
Əlavə köməkçi hakimlər: Alexander Harkam, Yulian Vaynberger
(Hakimlər briqadası Avstriyadandır)
	
	Ta-Qali. Milli stadion.
	
		
	
	Malta: 1. Endyu Hoqq (q), 2. Aleks Muskat, 5. Andrey Aqius, 15. Stiv Borq, 17. Rayan Kamilyeri, 7. Kleyton Faylla, 8. Roderik Briffa, 11. Rouen Muskat, 9. Maykl Mifsud (k), 13. Andre Şembri, 19. Alfred Effionq
	
		
	Ehtiyat oyunçular: 23. Henri Bonelyo (q), 12. Castin Haber (q), 21. Klifford Baldaxin, 3. Cozef Zerafa, 4. Qaret Skibessa, 6. Klayd Borq, 18. Byörn Kristensen, 22. Zak Muskat, 10. Endryu Koen, 14. Jan Pyer Triqanza, 16. Terens Bella, 20. Stefen Bizani
	
		
	Baş məşqçi: Pietro Gedin
	 
	Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 20. Cavid Tağıyev, 10. Ruslan Qurbanov
	
		
	Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 9. Məhəmməd Qurbanov, 18. Elnur Cəfərov
	
			Baş məşqçi: Robert Prosineçki