AVRO-2016-nın seçmə qrup mərhələsində Macarıstanla Farer adalarının yığma komandaları arasında keçirilmiş qarşılaşmada qeyri-adi olay baş verib.
Sportnet.az-ın məlumatına görə, "cırtdan komanda"nın futbolçusu Atli Qregersen meydan sahiblərinin məşqçisini vurub.
Hadisə 90+4-cü dəqiqədə baş verib. Həmin vaxt Farer adaları yığması 1:2 hesabı ilə geridə olub. Qregersen topu autdan oyuna daxil etmək istərkən, onun Macarıstan yığmasının məşqçilərindən birinin arxasında olduğunu görüb. O, topu götürmək üçün həmin məşqçini itələyərək, yerə yıxıb. Avstriyalı baş hakim Robert Şorgenhofer ona sarı vərəqə göstərib. Bunadək daha bir sarı vərəqəsi olduğundan, Qregersen meydandan qovulub. Görüş isə "cırtdan ölkə"nin məğlubiyyəti ilə yekunlaşıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |