
Türkiyə I Liqasında X turun son matçında "Adanaspor" "Karşıyaka"nı qəbul edib. Sportnet.az-ın məlumatına görə, oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qonaq komandada çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayev üçün 84-cü dəqiqədə Semican Keskinin uzaqdan zərbəsi qarşısıalınmaz olub.
Bu nəticədən sonra "Karşıyaka" 9 xalla 15-ci pilləyə enib. "Adanaspor" isə 14 xalla 9-cu pilləyə yüksəlib.