
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya "Krasnodar"ı ilə V tur matçı ərəfəsində Bundesliqadakı matçında uduzub. Sportnet.az-ın məlumatına görə, Tomas Tuxelin rəhbərlik etdiyi komanda səfərdə "Hamburq"a 1:3 hesabı ilə yenilib. 
Son 2 qol "Borussiya" futbolçularının ayağına yazılıb. 55-ci dəqiqədə Mats Hummels topu öz qapısına vurub, 86-cı dəqiqədə isə Pyer-Emerik Obameyanq komandasını darmadağından xilas edib. Bu qolla Obameyanq bombardirlər siyahısında 15 topla önə keçib. "Borussiya" 13 turdan sonra 29 xalla 2-ci pillədəki mövqeyini qoruyub, xallarını 18-ə çatdıran "Hamburq" isə 2-ci pilləyə qalxıb. 
Qeyd edək ki, "Qəbələ" bu gün Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt"ın qonağı olacaq. Komandamızın rəqiblərindən PAOK Yunanıstan Super Liqasının XII turunda "Panetolikos"la evdə, "Krasnodar" isə Rusiya Premyer Liqasının XVI turunda Moskva "Spartak"ı ilə səfərdə üz-üzə gələcək. Hər iki oyun noyabrın 22-də olacaq.  
	
	









                 





    
    
    
    
    
    
    
    
    






















































