Hondurasın
futbol üzrə yüksək divizionunda hakim verdiyi qərarla diqqət mərkəzinə düşüb. Sportnet.az-ın
məlumatına görə, matçın hakimi qapıçını rəqib oyunçuya qarşı etdiyi hərəkətə
görə meydandan qovub.
Hondurasın
"Real Sosyedad” və "Marafon” klubları arasında keçirilən matçda, hesab 1:1 olarkən qonaq komandanın
qapıçısı Junior Morales cərimə meydançası daxilində topu tutduqdan sonra rəqib
oyunçunun arxasına əli ilə yumşaqca vurub. Futbolda adi görülən bu hərəkəti yan
xətt hakimi zorakı davranış kimi qəbul edib. Matçın əsas hakimi qısa
məsləhətləşmədən sonra qapıçıya qırmızı vərəqə göstərərək meydandan qovub. Bu
azmış kimi meydan sahiblərinin qapısına penalti təyin edib.
Şoka
düşmüş qapıçı meydanı tərk etməkdən imtina edib. Hakim isə vaxtından əvvəl
oyunu dayandırıb.
İntizam
Komitəsi həmin epizodu dəyərləndirərək "Real Sosyedad” komandasına texniki
qələbə verib. "Marafon” klubu isə appelyasiyada uduzub.