
Noyabrın
18-də İtaliya və Albaniya milliləri arasında yoldaşlıq görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, oyun zamanı bir neçə albaniyalı fanat meydana
daxil olub.
Cenoada
keçirilən oyunda bir neçə albaniyalı fanat meydana girməyə cəhd ediblər. Onlardan
birinin əlində Albaniya bayrağı olub. Ancaq fanatlar futbolçuların səyi
nəticəsində meydandan çıxarılıblar.
"Qarabağ” klubunun müdafiəçisi Ansi Aqolli də bu oyunda iştirak edib. Meydana girən
azarkeşlərdən biri onu qucaqlayıb öpüb. Futbolçu fanatı sakitləşdirərək
meydandan çıxmasına nail olub.

