İngiltərə Çempionşipində 44-cü turunun "Blekpul" - "Fulhem" matçında maraqlı hadisə baş verib. Sportnet.az-ın məlumatına görə, çəhrayı don və ağbəniz parik geyinmiş fanat oyunun ikinci hissəsində meydana daxil olub.
O, "Fulhem"in qapıçısı Markus Bettinellini qucaqlamağa çalışıb. Bundan sonra fanat qapı xətti üzərində qoyulan topu tora göndərib. Mühafizəçilər onu tribunaya göndəriblər. Buna görə azarkeşin cəza alıb-almayacağı məlum deyil. Azarkeşin döşündə FFC ( Fulham Football Club) tatusu olub.
Qeyd edək ki, matç "Fulhem"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində London komandası turnir cədvəlində 18-ci pilləyə yüksəlib. "Blekpul" isə sonuncu pillədə qərarlaşıb və çempionatı tərk edəcəyi dəqiqdir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |