Tarixində 7-ci dəfə ölkə kubokunun həlledici matçına vəsiqə qazanan "Qarabağ" 3 dəfə kuboku muzeyinə aparıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Simurq" - "Qarabağ" qarşılaşması başqa məqamlarla da yadda qalıb.
Cari mövsüm artıq 6-cı dəfə baş tutan dueldə ağdamlılar yenə də Zaqatala təmsilçisinə yenilmədi. Amma əvəzində "Qarabağ"ın 5 oyunluq qələbə seriyası qırılıb. Belə ki, komanda çempionatda baş tutan 4 oyunun hamısında "sarı-qara"lı komandaya qalib gəlmişdi (1:0,3:2, 1:0, 2:0).
Aprelin 13-də isə yarımfinalın ilk qarşılamsındakı 1:0-lıq qələbəylə Ağdam təmsilçisi qalibiyyət seriyasını 5-ə çatdırmışdı. Beləliklə, "Qarabağ" 6 ildən sonra yenidən finala vəsiqə qazanıb. Komandanın baş məşqçisi Qurban Qurbanov 2009-cu ildə, ilk ilində kuboku klubun muzeyinə gətirib.
Qeyd edək ki, "Qarabağ" finalda "Neftçi" ilə qarşılaşacaq. İyunun 3-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |