
Əfsanəvi braziliyalı yarımmüdafiəçi Ronaldinyo Meksikada növbəti qolunu vurub. Sportnet.az-ın məlumatına görə, "Keretaro"nun heyətində çıxış edən 35 yaşlı futbolçu Klausuranın 1/4 final mərhələsində "Verakrus"a qarşı oyunda cərimə zərbəsindən mükəmməl qola imza atıb.
Oyun 2:2 hesabı ilə yekunlaşıb. İlk oyunda qalib gələn "Keretaro" (2:1) yarımfinala vəsiqə qazanıb.