İngiltərənin "Uiqan" klubunun futbolçusu Rayan Kolklaf "Doncaster Rovers" ilə matçın 60-cı dəqiqəsində oyundan çıxaraq xəstəxanaya gedib. 
Sportnet.az-ın məlumatına görə, qarşılaşmada iki qol vuran futbolçu ikinci oğlu dünyaya gəldiyi üçün xəstəxanada həyat yoldaşının yanında olmaq istəyib. 22 yaşlı oyunçu sosial şəbəkə vasitəsi ilə bunları deyib: 
"Vurduğum iki qolu və qələbəni ikinci oğlumun dünyaya gəlməsi ilə birlikdə qeyd etdiyimə görə çox xoşbəxtəm. Oğlum mənim üçün "Het-trik" etdi. Təbrikləriniz üçün minnətdaram".









                 





    
    
    
    
    
    
    
    
    























































