"Qəbələ" klubu daha 2 futbolçusu ilə yollarını rəsmən ayırıb. Klubun meneceri Səbuhi Səfiyarlının Sportnet.az-a verdiyi məlumata görə, bunlar qapıçı Dieqo Kosta ilə yarımmüdafiəçi Nikola Valentiçdir.
Hər iki oyunçu ilə müqavilənin uzadılmaması qərara alınıb. Daha öncə Lurival Assis və Dodo da komandadan gedəcəyini açıqlayıb. Klub rəsmisi Assislə yolların ayrıldığını təsdiqləsə də, Dodonun Sportnet.az-a açıqlamasını gözlənilməz qarşılayıb. Səfiyarlı Abdulvahid Afolabi və Marat İzmaylovun da gedişinin mümkünlüyünü dilə gətirib. Amma onun sözlərinə görə, Afolabi barədə qərarı yeni baş məşqçi verəcək. İzmaylov isə müqavilə ilə məxsus olduğu Portuqaliya "Portu"sunun düşərgəsinə qayıda bilər.
"Yuri Syominin baş məşqçi postundan gedişi bizim üçün gözlənilməz oldu. O qalsaydı, kimlərlə yollarımızı ayıracağımızı və kimlərlə davam edəcəyimizi tam açıqlaya bilərdik. Amma gözlənilməz istefadan sonra vəziyyət dəyişdi. İndi yeni baş məşqçinin qərarından da çox şey asılı olacaq" deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Yuri Syomin Azərbaycan Kubokunun final matçında "Neftçi"yə penaltilər seriyasında məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçi postundan istefa verib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |