50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-yə yaxın müraciət Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub. 15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub. Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, bu, Azad Rəhimovun sayca 15-cü vətəndaş qəbuludur. İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.
Sevinc XANQIZI