
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess" superturnirinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişuka rəqib olub.
İlk turun cütlükləri:
Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)
Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.