Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək qızlar arasında voleybol üzrə Şərqi Avropa Zonal Assosiasiyasının(EEVZA) çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva vəPolşanın iştirak etdiyi yarışda Azərbaycan yığması A qrupunda mübarizə aparırlar. Emin Əbilovun rəhbərlik etdiyi komanda növbəti matçını Gürcüstan komandasına qarşı keçirib. Görüş millinin üstünlüyü ilə başlasa da, sonda 3:1 hesabı ilə qalib gələn tərəf ev sahibləri olub.
AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu bu gün Rusiya milli komandasına qarşı keçirəcək.
Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatıU-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropaçempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşaMonteneqroda keçiriləcək Avropa çempionatınınfinalına vəsiqə əldə edəcək. 2020 AvropaÇempionatının II seçmə mərhələsində isə reytinqcədvəlində nəticələri yüksək olan 20 komandamübarizə aparacaq.
A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
B qrup: Belarus, Estoniya, Litva, Polşa.
Oyunların nəticələri:
2019-11-23. 15:00. Azərbaycan 0-3 (11-25, 12-25, 11-25) Ukrayna
2019-11-23. 17:30. Gürcüstan 0-3 (06-25, 11-25, 11-25) Rusiya
2019-11-24. 15:00. Gürcüstan 0-3 (06-25, 25-27, 12-25) Latviya
2019-11-24. 17:30. Rusiya 3-0 (25-16, 25-11, 25-12) Ukrayna
2019-11-25. 10:00 Latviya 0-3 (14-25, 12-25, 10-25) Rusiya
2019-11-25. 15:00 Azərbaycan 1-3 (29-27, 14-25, 20-25, 15-25) Gürcüstan
Növbəti oyunlar:
2019-11-26. 12:30 Rusiya - Azərbaycan
2019-11-26. 17:30 Ukrayna – Latviya
2019-11-27. 10:00 Latviya - Azərbaycan
2019-11-27. 15:00 Ukrayna – Gürcüstan