
Azərbaycan milli komandasının üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli “UNG Meeting” yarışında uğurlu çıxışla yadda qalıb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Vəliyeva 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib. O, bu göstərici ilə yarışın bürünc medalını qazanıb.