
İkiqat Olimpiya çempionu Yelena İsinbayevanın hesabları Rusiyada bloklanıb.
Sportnet.az “Mash” nəşrinə istinadən xəbər verir ki, bloklanmanın səbəbi 44 yaşlı atletin 818 min rubl (təxminən 17 700 manat) vergi borcunun olmasıdır.
İsinbayevanın fərdi sahibkarlığına bağlı üç hesab borcunun uzun müddət ödənilməməsi səbəbindən bloklanıb. İdmançının apreldəki borcu 1,1 milyon rublu (23 900 manat) ötüb, mayda isə 1,5 milyon rubla (32 600 manat) çatmışdı. Onun bir hissəsini ödədikdən sonra borcu 818 min rubl təşkil edir.
Atlet 2023-cü ildə Rusiyanı tərk edib və hazırda İspaniyanın Tenerife adasında yaşayır.
Qeyd edək ki, şüvüllə tullanan Yelena İsinbayeva 2004-cü il Afina və Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Həmçinin o, London-2012 olimpiadasında gümüş medal qazanıb.