10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə Azərbaycan yığma komandası Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, yarışın 163 km-lik 2-ci mərhələsi qrup finişi ilə yadda qalıb – fotofinişə əsasən, yığma üzvlərindən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə isə 18-ci olub.
1-ci mərhələdə finiş xəttini 4-cü keçən Mikayılzadə 2 yarış gününün yekununa əsasən, ümumi təsnifatda 4-cü nəticə göstərib və bununla da ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb.













































































