1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Velosipedçimizdən fotofinişlə tarixi nəticə - VİDEO
Böyük Britaniyanın paytaxtı Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportnet.az-a verilən məlumata görə, milli üzvü Sergey Omelçenko olimpiya növü olan keyrində 7-ci yeri tutub.
Onun ən yaxın izləyicisini üstələdiyi fotofinişlə müəyyənləşib. Beləliklə, Omelçenko dünya çempionatları tarixində Azərbaycan adına ən yüksək nəticəyə imza atıb.
Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçi birbaşa yarımfinala vəsiqə qazansa da, finalın 6 iştirakçısı sırasında yer ala bilməyib. Bununla belə, Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb.
Qeyd edək ki, dünya çempionatının keyrin növündə planetin 25 ən güclü idmançısı mübarizə aparıb. Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən Azərbaycan yığmasının digər üzvü Olqa İsmaylova 33 iştirakçı arasında 18-ci olub.