1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tour d Azerbaidjan-2016"ya start verildi - FOTOLAR
Bakıda "Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. Sportnet.az-ın məlumatına görə, mübarizəyə 19 ölkədən 21 komanda başlayıb.
Onlardan 6-sı pro-kontinental, "Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli səviyyəli komandadır. İlkin mərhələdə velosipedçilər Bakıdakı Bayraq meydanından Sumqayıtadək yürüş edəcəklər. Yürüşün ümumi uzunluğu 154 km-dir. Finiş xətti Sumqayıt şəhər icra hakimiyyəti qarşısında olacaq.
Ümumilikdə 5 mərhələdən ibarət velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.
Qeyd edək ki, velosipedçilər 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.