1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Babayev: "Legionerlər mənim üçün motivasiyadır" - MÜSAHİBƏ
Azərbaycanın 2016-cı il Rio De Janeyro Yay Olimpiya Oyunlarında tarixdə ilk dəfə təmsil olunacağı yarışlardan biri də atletikanın üçtəkanla tullanma növüdür. Bu növ üzrə ölkəmizə lisenziya qazandırmış 18 yaşlı Nazim Babayev Sportnet.az-ın suallarını cavablandırıb...
- Olimpiadaya hazırlıq necə gedir?
- Məşqlər çox yüksək səviyyədə davam edir. Apreldə iki həftə Rusiyada, mayda isə Türkiyədə təlim-məşq toplanışında olduq. İndiki məşqlərim daha çox dözümlülük xarakterlidir. Hazırda pik formanı yığmağa çalışırıq. Bundan sonra məşqləri azaldacağıq. Həftədə beş dəfə, gündəlik üç-dörd saat olmaqla, Bakıda məşq keçirik. Həftənin tək günləri iki dəfə, cüt günləri isə bir dəfə çalışırıq. Yəni, hazırkı məşqlər hazırlıq məşqlərinin ən ağırıdır. Nəticələrimə əsasən deyə bilərəm ki hazırda çox yüksək formadayam.
- Yeniyetmələrin Avropa çempionatında qazandığın tarixi nəticəni - hansı ki, 30 illik rekordu yeniləmişdin - məşqlərdə yaxşılaşdıra bilmisən?
- O nəticəni maksimum qaçış məsafəsini qət edərək, 16 addımla qazanmışdım. Məşqlərdə o qədər ağırlığa getmirik. Bu, zədə bahasına başa gələ bilər. 6, maksimum 8 addımla nail olduğum nəticələr onu deməyə əsas verir ki, mən həmin rekordu yeniləməyə hazıram.
- Atletikada təmsil olunacağımız digər idmançılar milliləşdirilmiş olduğundan, diqqətlər daha çox sənin üzərindədir. Baxmayaraq ki, ilk olimpiya mücadilən olacaq, yerli idmansevərlər formana əsasən, səndən medal gözləyir. Özün necə, hər hansı əyarlı medala iddialısan?
- Bu, əslində mənim üçün motivasiyadır. Sübut etmişəm ki, bizim torpağımızda da güclü atletlər yetişir. Lisenziya üçün çox uzun yol gəlmişəm. Heç istəmərəm ki, bu əziyyət hədər olsun. Əlimdən gələni edəcəyəm ki, medal qazanım, bayrağımızı yüksəldim. Bu amalla, stimulla da məşq edirəm. İnanıram ki, bu, mənə kömək olacaq.
- Medal yolunda əsas maneə olaraq kimlərin adını çəkə bilərsən?
- Əsas iddialılardan biri ABŞ təmsilçisi Kristian Teylordur. Hansı ki, son dünya çempionudur. Fransa, Kuba, Portuqaliya idmançıları da sıradan rəqiblər deyil. Ən azı 17.50 metrlik məsafəni qət etmək lazımdır ki, medala iddiamı qoruyum. Açığı, bu, mənə elə də qəliz görünmür.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb