Azərbaycanın tanınmış pauerliftinqçilərindən olan Zərdüşt Həsrətov dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, evdə tək olduğu müddətdə səhhətində qəfil problem yaranın gənc idmançının həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları onun ürək çatışmazlığından həyatını itirdiyini bildiriblər. 
Bu ayın 7-də 22 yaşı tamam olan Zərdüşt "Zirvə" klubunun yetirməsi olaraq, 3 qat Avropa və dünya çempionu olub O, 9 dəfə ölkə çempionluğunu, habelə Azərbaycan kubokunu qazanıb. Həsrətov WRPF versiyası üzrə Asiya çempionu və bir çox digər titulların sahibi olub.
 
Onun bu ayın 7-də 22 yaşı tamam olmuşdu.
Allah rəhmət eləsin!









                 





    
    
    
    
    
    
    
    


























































