1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qardaşına görə yarışı qurban verdi
Meksikada triatlon üzrə dünya çempionatında yaşanan olay uzun müddət yaddaşlardan silinməyəcək. Sportnet.az-ın məlumatına görə, ingiltərəli idmançı Conni Braunli qardaşı üçün yarış birinciliyini qurban verib.
O, yarışın sonlarında lider durumda idi. Bu zaman isti hava və yorğunluq üzündən rahatsızlaşan Jonni ayaqda dura bilməyəcək hala gəlib. O, kənarda su dağıdan biri kişini qucaqlayaraq ayaqda qalmağa çalışıb. Yerə yıxılmaq üzrə olan idmançının köməyinə iştirakçı qardaşı Alistair yetişib. O, qardaşını qucaqlayaraq bərabər şəkildə qaçmağa başlayıblar.
Cənubi afrikalı Henri Sçueman idmançıların bu duurmundan faydalanaraq 1-ci yerə keçib. Braunli qardaşları isə yarışın sonadək bərabər qaçıblar. Cənubi afrikalı finiş xəttinə çatan ilk idmançı olub. Qardaşlar isə finiş xəttinə çatanda, Alistair qardaşına yenə böyük bir jest edib. Belə ki, o, qardaşının 2-ci olmasına imkan Yaradıb, özü isə 3-cü olub. Jonni mübarizəni bitirdikdən sonra halsızlıqdan özünü yerə atıb.