1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Velosipedçimiz beynəlxalq yarışı qələbə ilə başa vurdu
Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı "Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 23 kollektivin mübarizə apardığı yarışın sonuncu, 4-cü mərhələsi Elit yığmamız və "Synergy Baku” kontinental komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.
122 km-lik mərhələni 3 saat, 1 dəqiqə, 40 saniyəyə başa vurmaqla hamını qabaqlayan təmsilçimiz, bununla da 4 mərhələnin yekununa əsasən ümumi təsnifatda qalibdən 43 saniyə geri qalmaqla 2-ci yeri tutub.
Xatırladaq ki, Pozdnyakov yarışın 1-ci mərhələsində finişi 3-cü keçmişdi.
"Synergy Baku" Rusiya paytaxtında Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə təmsil olunub.