21 yaşlı almaniyalı atlet Alisa Şmidt məşqlərini bərpa edib.
Sportnet.az xəbər verir ki, qısa məsafələrə qaçış yarışlarına qatılan ən seksual idmançı ölkəsində pandemiya ilə əlaqədar qadağaların yüngülləşdirilməsindən sonra çalışmalara başlayıb. O, yenidən stadiona qayıdışından məmnunluq ifadə edib.
Qeyd edək ki, Alisa Şmidt 200 metr, 400 metr, 800 metr və 4X100 metr estafetlərində çıxış edir. Onun əsas hədəfi Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Hələlik isə Şmidt 20 yaşadək atletlər arasında Avropa çempionatının gümüş medalı ilə öyünür.