
Qazaxıstanın paytaxtı Astanada olan trek velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığma komandaları açıq çempionatda iştirak ediblər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda üzvlərindən Məryəm Hüseynova 2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnuim yarışlarının 200 metr məsafəyə sprint növündə 3-cü nəticə göstərib.
Eyni yaş kateqoriyasında mübarizə aparan Çingiz İsayev isə 40 iştirakçı arasında yarışı 4-cü pillədə tamamlayıb.