
Amerikalı Keti Ledeki 800 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekordu müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, üzgüçü Floridada keçirilən turnirdə 8 dəqiqə 4,12 saniyə nəticə göstərib.
Əvvəlki rekord da ona məxsus olub və 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında qeydə alınıb (8 dəqiqə 4,79 saniyə).
28 yaşlı idmançı doqquzqat olimpiya çempionudur. Amerikalının Olimpiya Oyunlarda dörd gümüş və bir bürünc medalı da var.
Ledeki dünya çempionatında 21 qələbə qazanıb və belə nəticəyə nail olan yeganə qadındır.