Stolüstü tennis üzrə ölkə çempionatında ilk qaliblər məlum olub.

 

Sportnet.az xəbər verir ki, “Şüa” İdman Kompleksində davam edən stolüstü tennis üzrə Azərbaycan çempionatında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb.

 

“Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb.

 

“Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.