
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe debüt mövsümündə vurduğu qol sayında əfsanəvi Alfredo Di Stefanonun rekordunu geridə qoyub.
Sportnet.az-ın məlumatına görə, bu, "Malyorka"ya qarşı La Liqanın XXXVI tur matçında baş verib.
Toplardan birinin müəllifi olan 26 yaşlı hücumçu aktivindəki qol sayını 28-ə çatdırıb. Fransalı forvard bunu La Liqada 32-ci oyununda gerçəkləşdirib.
Əvvəlki rekordçu Di Stefano 1953/1954 mövsümündə "kral klubu"nda 27 qolla debüt etmişdi.
Qeyd edək ki, "Malyorka"ya qaşı oyun "Real Madrid"in qələbəsi ilə yekunlaşıb - 2:1.