
Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) neytral status verdiyi Rusiya sablyaçıları İspaniyanın paytaxtı Madriddə keçiriləcək Dünya Kubokuna buraxılmayıb.
Sportnet.az-ın TASS-a istinadən məlumatına görə, 23 - 25 mayda təşkil olunacaq yarışda iştirak üçün edilən viza müraciətinə İspaniyadan rədd cavabı gəlib.
Mayın 10-da FIE Rusiya və Belarus qılıncoynadanlarının beynəlxalq yarışlarda fərdi olaraq, iştiraklarına razılıq verib. Onlar Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi əsasında neytral statusda çıxış etməli idilər.