İspaniyanın "Real Madrid" klubunun futbolçusu Raul Asensionun üzərindən azyaşlının seks videosunu yayma ittihamı götürülüb.

 

Sportnet.az xəbər verir ki, bu barədə Kanar adalarının Ali Məhkəməsi məlumat yayıb.

 

İspaniyanın Qran-Kanariya şəhərinin məhkəməsi Asensio və “Real Madrid”in akademiyasının üç keçmiş üzvünə qarşı 2023-cü ildə biri azyaşlı olan iki qadının iştirak etdiyi intim videonun razılıq olmadan çəkib yaymaqları işinə baxıb.

 

Hakim Asensionun çəkilişdə iştirakına dair heç bir sübutun olmadığını müəyyən edib. 22 yaşlı müdafiəçinin çəkiliş zamanı başqa qızla birlikdə olduğu üzə çıxıb. Bununla belə, Asensio azyaşlıya məxsus videoya sahib olmaq və göstərməkdə şübhəli bilinir.

 

Qeyd edək ki, Raul Asensio İspaniya La Liqasının cari mövsümündə keçirdiyi 22 oyunda bir məhsuldar ötürmə müəlifi olub. Onun "Real Madrid"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.