
İspaniyanın "Sevilya" klubu futbolçusu Suso ilə yollarını ayıracaq.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 31 yaşlı oyunçunun mövsümün sonunda başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq.
Qeyd edək ki, Suso 2020-ci ilin yayından La Liqa təmsilçisinin formasını geyinir. O, 2019/2020 və 2022/2023 mövsümlərində bu komanda ilə Avropa Liqasının qalibi olub. İspan futbolçu daha əvvəl İtaliyada "Milan", İngiltərədə "Liverpul" kimi klublarda da çıxış edib