
Fici reqbi yığmasının üzvü, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının mükafatçısı Cosay Raysuke Fransada yol qəzasında həlak olub.
Sportnet.az xaici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı idmançının idarə etdiyi avtomobili dəmir yolu keçidində qatar vurub.
Yığma üzvü hadisə yerində həyatını itirib.
Qeyd edək ki, C.Raysuke 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.